"Bavariya" son dünya çempionu və "Atletiko Madrid"in müdafiəçisi Lukas Hernandezi 80 milyon avroya transfer edib.
Klub müdafiəçi ilə 5 illik müqavilə imzalayıb. 23 yaşlı oyunçu İyul ayının 1-dən Münhen klubunun heyətinə qoşulacaq.
Tibbi müayınə zamanı həkimlər Hernandezin sağ diz bağında zədə aşkar etdiilər və o, Cümə axşamı əməliyyat olunacaq.
Oyunçu alman klubuna transfer olunması barədə təəssüratlarını bölüşüb: "Bu mənim futbol karyeramda çox vacib bir gündür. "Bavariya" Avropada və dünyada ən yaxşı klublardan biridir. Mən bu klubla vacib titulları qazanmaq üçün əlimdən gələni edəcəm."
Hernandez "Atletiko"nun heyətində müdafiənin mərkəzində və sol cinahında oynayıb və 67 oyunda meydana çıxıb. Bu klubla Avropa liqasını və Super kuboku qazanıb.
"Bavariya"nın idman direktoru Hasan Salihamidziç: "Mən dünyanın ən yaxşı müdafiəçisini klubda görməkdən və onunla işləməkdən çox xoşbəxtəm."
Xatırladaq ki, Lukas Hernandez Dünya çempinatında Fransa millisinin heyətində 15 oyuna çıxıb.