Aşihara Karate Federasiyası BAMF-da mətbuat konfransı keçirdi

İdman 16:10 28.03.2019

Aşihara Karate Federasiyasının prezidenti Maarif Bağırov və digər üzvləri martın 20-dən 24-nə qədər Antalyada keçirilən Avrasiya çempionatında iştirak edən idmançılar və məşqçi heyəti ilə birlikdə BAMF-da mətbuat konfransı keçirib. 

Eurasia Diary xəbər verir ki, tədbirin əvvəlində federasiyanın prezidenti Maarif Bağırov Aşihara karate növünün tarixi və idmançılar haqqında məlumat verib. Tədbirdə həmçinin, Aşihara Karate federasiyasının vitse-prezidenti Umud Mirzəyev və Vüsal Məmmədov, idmançı-müəllim Fərman Rəhimov çıxış etdilər. Yarışda iştirak edən idmançıların nəaliyyətlərini vurğulayan federasiya prezidenti və rəsmiləri bunu çempionatdan əvvəl məşqlərin uğurlu keçməsi ilə əlaqələndirib.

Qeyd edəki ki, yarışda 20 ölkədən 200 idmançı mübarizə aparırdı. Antalyadakı Avrasiya çempionatında Azərbaycanı təmsil edən 11 döyüşçünün hamısı medala layiq görülüb. 6 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millinin heyətindən heç kim əliboş qayıtmayıb. Beləcə yığmamız komanda hesabında ilk sırada yer alib. 200 idmançı arasında Azərbaycanı təmsil edən, 24 yaşlı Aşihara karate növü üzrə üçqat dünya çempionu və 2 dəfə Avrasiya çempionu olan Musazadə Musa ardıcıl ikinci dəfə Avrasiya çempionatında "ən yaxşı texniki döyüşçü" adına layiq görülüb. Bundan başqa, yaşca ən kiçik Azərbaycanlı idmançı 7 yaşlı Əsgərov Məhəmməd 27kq çəki dərəcəsində çempion olaraq himnimizi səsləndirən idmançılar sırasına öz adını yazdırmağı bacarıb. 

Daha sonra federasiyanın prezidenti Maarif Bağırov mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, Aşihara karate növünün Avropada geniş yayıldığını bildirib. Federasiya prezidenti qeyd edib ki, yarışda bu idman növünün vətəni Yaponiya iştirak etmirdi. “Qalibiyyətimizin əsas səbəbi idmançılarımızın, federasiyamızın birliyi, məşqçilərimizin bizə diqqəti və qayğısıdır”, deyə Maarif Bağırov qeyd edib.

Sonra Avrasiya Çempionatından bəhs edən video nümayiş olunub.

Tədbirdə çıxış edən idmançılar yarışdakı nəticələri barədə mətbuata məlumat verdilər. 

Tədbirin sonunda Federasiyanın prezidenti Maarif Bağırov, Aşihara Karate federasiyasının vitse-prezidenti Umud Mirzəyev və Vüsal Məmmədov çıxış ediblər. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu fikirləri söyləyib: "Bu təkcə burada iştirak edən idmançıların deyil, bütün Azərbaycan xalqının, millətinin uğurudur".

Federasiyanın prezidenti Maarif Bağırov 2020 -ci il Dünya Çempionatına hazırlıqların başladığını deyib və qarşıdan gələn yarışlarda idmançılara uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Aşihara karate növü üzrə növbəti dünya çempionatı 2020-ci ildə İtaliyada keçiriləcək. 


Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
Hamısı