Avstaliya millisinin sabiq üzvü və kapitanı Tim Keyxil 39 yaşında oyunçu karyerasını başa vurduğunu açıqlayıb.
Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, 15 mövsüm İngiltərə klublarında çıxış edən, Rusiyada keçirilən sonuncu Dünya Çempionatında da kapitan kimi meydanda oldu. O, Avstraliyanın heyətində 50 qol ilə millisinin ən çox qol vuran oyunçusudur.
Tim Keyxil Noyabr ayında keçirilən Livan ilə matçda milli karyerasını başa vurub.
"Mən müasir futbolda çox yaşlı oyunçuyam"- deyə Keyxıl Avstraliyanın "Optus Sport" kanalına açıqlamasında bildirib.