"Yuventus" klubunun baş məqşçisi Massimiliano Alleqri Serbiya ilə matçda zədələnən klubun əsas hücumçusu Kriştanu Ronaldo ilə bağlı bilidirib ki, onun zədəsi 10 Aprel keçiiriləcək "Ayaks" ilə ilk matçda meydanda olmasını sual altında qoyur.
Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, Alleqri öz açıqlamasına bunları da əlavə edib: "O öz zədəsini tam sağaltmayana qədər məşqlərə qayıtmayacaq. Biz diqqətli olmalıyıq. Mövsümün ən çətin mərhələsini yaşayırıq. Yaxşısı bu olar ki, o, 1/4 final mərhələsində "Ayaks"la ilk oyunu buraxsın və 100 faizlik nəticə ilə qayıtsın və beləliklə heç bir zədə risk olmayacaq."
Xatırladaq ki, Avro-2020-nin son oyununda zədələnən ulduz oyunçu Kriştianu Ronaldonun 10 matçda meydanda ola bilməyəcəyi bildirilib.