İngiltərə Premyer Liqasının 32-ci turunda keçirilən "Liverpul" - "Tottenhem" oyunu qonaqların futbolçusu Kristian Eriksen üçün əlamətdar olub.
Komandasının yeganə qolunun ötürməsini verən danimarkalı yarımmüdafiəçi uğurlu nəticəyə imza atıb.
Ardıcıl 4 mövsümdür ki, Premyer iqada 10-dan çox məhsuldar ötürmə edən Eriksen Premyer Liqa tarixində bu göstəriciyə nail olan 2-ci futbolçudur. Ondan əvvəl Devid Bekhem ardıcıl 4 mövsüm 10-dan çox məhsuldar ötürmə ilə yadda qalıb. Bekhem 1997-2001-ci illər aralığında "Mançester Yunayted" formasıyla buna nail olub.
Qeyd edək ki, Eriksen 2013-cü ildən "Tottenhem"də çıxış edir.