AFFA İntizam Komitəsi keçən tur baş tutan oyunlarla bağlı qərarlarını açıqlayıb.
30 mart 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXII turunun “Zirə” – “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunur.
30 mart 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXII turunun “Qəbələ” – “Sabah” matçının 90+1-ci dəqiqəsində “Sabah” klubunun 5 №-li futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
1 aprel 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXII turunun “Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunur.