Bundesliqanın 28-ci turunda Almaniya derbisi baş tutdu. Bu oyuna qədər Bavariyanı 2 xal qabaqlayan Borussiya Dortmund səfərdə Allianz Arenada keçirilən oyunda Münhen təmsilçisinə böyük hesabla məğlub oldu.
Bu oyuna qədər Bavariyanı 2 xal qabaqlayan Borussiya Dortmund səfərdə Allianz Arenada keçirilən oyunda Münhen təmsilçisinə böyük hesabla məğlub oldu. Matçın qalibi oyunun ilk hissəsində məlum oldu.
Bavariya ilk hissədə 5 qol vuraraq Dortmund klubunu meydana çıxmağına peşman etdi.
Hummels, Levandovskinin dublu, Martinez, və Gnabrinin qolları Bavariyanı matçın qalibi etdi.
Bu qələbə ilə onlar 64 xal toplayaraq Dortmund klubunu 1 xal qabaqlayır. Xatırladaq ki, bu derbi Almaniya Bundesliqasında 100-cü matç olaraq əlamətdar olub.
Bavariya klubunda hücumçu Robert Levandovski Almaniya çempionatı tarixində 200 qol vuran ilk əcnəbi oyunçu oldu.