“Qarabağ”dan ayrılan İslandiya yığmasının qapıçısı Hannes Halldorsson karyerasını “Valür”də davam etdirəcək.
Reykyavik təmsilçisi 34 yaşlı futbolçunun transferini “Twitter” səhifəsi vasitəsilə açıqlayıb. Onunla 2022-ci ilədək müqavilə bağlanılıb. Sözləşməyə əsəsən, Halldorsson klubun aşağı yaş qrupları üzrə komandalarında qapıçılar üzrə məşqçi kimi də fəaliyyət göstərəcək.
"Valür" ötən mövsüm 22-ci dəfə İslandiya çempionu olub.
Qeyd edək ki, Hannes Halldorsson ötən ilin iyulunda “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə cəmi 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Təcrübəli qapıçı mövsüm başa çatmamış Ağdam təmsilçisi ilə yollarını ayırıb.