UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Turnirin favorit komandalarından olan "Barselona" səfərdə "Mançester Yunayted"i məğlub etdi.
Matç 0-1 hesabı ilə başa çatdı, Luis Suarezin baş zərbəsindən sonra İngilislərin müdafiəçisi Lyuk Şouya dəyən top qapıya daxil oldu.
Beləliklə Kataloniya təmsilçisi ilk oyun minimal hesablı üstünlüklə başa vurdu.
Gecənin digər matçında "Ayaks" "Yuventus"u qəbul etdi. İlk hissənin sonlarında Kriştiano Ronaldo fərqlənsə də, ikinci hissənin əvvəlində Neresin hesabı bərabərləşdirməsi oyunun sülhlə yekunlaşmasına gətirib çıxardı.
Xatırladaq ki, cavab oyunları 16 Aprel tarixində baş tutacaq.