Mövsümün sonunda Diter Xekkinqi göndərəcəyi dəqiqləşən Münhenqladbax “Borussiya”sı ona əvəzləyici tapıb.
Klubun rəsmi saytında yer alan məlumata görə, komandanı yeni mövsümdən “Zalsburq”un hazırkı baş məşqçisi Marko Roze çalışdıracaq.
42 yaşlı mütəxəssis Bundesliqa təmsilçisinə Avstriya klubundakı köməkçiləri – Rene Mariç, Aleksandr Tsikler və Patrik Eybenberqerlə birlikdə gedəcək.
Qeyd edək ki, ötən mövsüm “Zalsburq”a ölkə çempionluğunu qazandıran Roze eyni zamanda, komandanı Avroliqanın yarımfinalına çıxarmışdı.