Görüşün 30-cu dəqiqəsində sifərindən zərbə alsa da, oyunu sona qədər davam etdirib.
Rəqib müdafiəçi Kris Smollinqin top uğrunda mübarizə zamanı müdaxiləsindən sonra burnundan qan açılan və göz qapağının üstü yaralanan oyunçu bu gün tibbi müayinədən keçəcək.
Argentinalının burnunda sınıq və ya çat olma ehtimalı var. Burnu tutulduğu üçün oyun zamanı ağzından nəfəs alan Leo bir neçə gün məşqdə iştirak edə bilməyəcək. Futbolçu çox güman ki, La Liqanın növbəti turunda "Hueska" ilə oyunu buraxacaq. Lakin "Mançester Yunayted"lə aprelin 16-da keçiriləcək cavab qarşılaşmasında iştirak edə biləcək.
Qeyd edək ki, "Mançester Yunayted" - "Barselona" oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.