Topaz Premyer Liqasının 24-cü turunda turnir cədvəlinin liderləri "Qarabağ" və "Neftçi" növbəti oyunlarını keçirib.
Son çempion "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"ı qəbul edib. Oyunda hesabı 10-cu dəqiqədə Riçard Almeyda açıb.
İkinci hissədə Ozobiç və Mahir Mədətov ilə daha 2 dəfə fərqlənən "Qarabağ" klubu "Sabah" üzərində 3-0 hesablı inamlı qələbə qazanıb.
Lider "Neftçi" isə Bayıl Arenada "Səbail" klubunun qonağı olub. Səfərdə son dəqiqə qolu ilə hərəyə 1 xal qazanılan matçda qollar ikinci hissədə vurulub.
50-ci dəqiqədə Mirabdulla Abbasov hesabı açıb. 81 və 85-ci dəqiqələrdə "Səbail" klubu iki qol vurduqdan sonra oyunun bu hesabla başa çatacağı gözlənilsə də vaxta əlavə olunmuş 5-ci dəqiqədə Mamadu Mbodj "Neftçi"ni məğlubiyyətdən xilas edən qolu vurub.
Səfərdə heç-heçə etməklə "Neftçi" turnir cədvəlində ilk pilləni itirib. "Qarabağ"dan 2 xal geri qalan paytaxt təmsilçisi 52 xalla ikincidir.