Hollandların unudulmaz gecəsi - İngilislər isə büdrədi - VİDEO | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Hollandların unudulmaz gecəsi - İngilislər isə büdrədi - VİDEO

İdman A- A A+

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunları keçirilib.

Öz meydanında avtoqol ilə məğlub olan "Mançester Yunayted" səfərdə də "Barselona" ilə bacarmadı.

Oyunda ilk iki qol ulduz futbolçu Lionel Messi tərəfindən vuruldu. Onun cərimə meydançası xaricindən vurduğu ilk zərbə baxımlı olsa da ikinci qolda qapıçı De Xeanın səhvi danılmaz idi. 

3-0 hesablı qələbə "Barselona"nı yarımfinala daşıdı.

"Yuventus" isə gözlənilməz şəkildə doğma meydanda "Ayaks"a uduzdu. Matçda ilk qolu birinci oyunda olduğu kimi Kriştianu Ronaldo vurdu. Bu qoldan 6 dəqiqə sonra Van De Bek hesabı bərabərləşdirdi. İkinci hissədə Mattias De Lixtin qolu qonaqları hesabda irəli çıxarmaqla yanaşı yekun hesabı müəyyənləşdirib. İki oyunun nəticəsində 2-3 hesablı qələbə "Ayaks"ı 1997-ci ildən sonra növbəti dəfə yarımfinalçı etdi. 

Xatırladaq ki, növbəti matçlar bu gecə keçiriləcək. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...