“Formula-1” yarışları zamanı aşkar olunan nöqsanlar açıqlanıb | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


“Formula-1” yarışları zamanı aşkar olunan nöqsanlar açıqlanıb

İdman A- A A+

Hesablama palatası ötən il Azərbaycanda keçirilən “Formula-1” Azərbaycan Qran-pri yarışı ilə əlaqədar müəyyən edilmiş nöqsanlar və nöqsan istiqamətinin xüsusi çəkisi əks olunan məlumatı açıqlayıb.

 “Formula-1” zamanı büdcə qanunvericiliyinin pozulması 7 dəfə baş verib.

Bundan başqa, əsaslı qoyuluşlar üzrə nöqsanlara 4 dəfə rast gəlinib. Dövlət satınalmaları ilə bağlı nöqsanlara gəlincə, bu hala 3 dəfə, vergi və gömrük qanunvericiliyinin pozulması halına isə 4 dəfə rast gəlinib.

Həmçinin mühasibat uçotu və hesabatlılıq ilə bağlı 6 nöqsan aşkar edilib.

Ümumilikdə ötən il ərzində “Formula-1” yarışı ilə bağlı 24 qanun pozuntusu və nöqsan aşkar edilib.

Xatırladaq ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran-pri yarışları 27-29 aprel tarixlərində keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...