Avropa Liqasında dörddəbir final matçları | Eurasia Diary - ednews.net

24 May, Cümə


Avropa Liqasında dörddəbir final matçları

İdman A- A A+

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

 Cavab qarşılaşmalarından sonra yarımfinalçılar müəyyənləşəcək.

Günün ən maraqla gözlənilən oyunu İtaliyada olacaq. "Napoli" doğma azarkeşlər önündə İngiltərə "Arsenal"ını qəbul edəcək. Neapollular səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

İngiltərənin turnirdəki digər təmsilçisi "Çelsi" evdə Çexiyanın "Slaviya" kollektivini sınağa çəkəcək. Londondakı matçda "zadəganlar" minimal hesablı qələbə qazanıb - 1:0.

Almaniyanın Avroliqadakı yeganə komandası "Ayntraxt" Frankfurtda Portuqaliya "Benfika"sının müqavimətini qırmağa çalışacaq. Səfərdəki qarşılaşmada 2:4 hesabı ilə uduzan meydan sahibləri yarımfinala vəsiqə üçün ən azı 3 top fərqi ilə qələbə qazanmalıdır.

Nəhayət, növbəti qarşılaşmada İspaniya komandaları üz-üzə gələcək. "Valensiya" "Vilyarreal"a qarşı ilk oyundakı 3:1 hesablı qələbəni qorumağa çalışacaq. 

Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel

23:00. “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)

İlk oyun - 0:2 

23:00. “Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya)

İlk oyun - 3:1 

23:00. “Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya)

İlk oyun - 2:4 

23:00. “Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya) 

İlk oyun - 1:0 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...