Nərimanov rayonunda şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib

İdman 17:17 18.04.2019

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə 18 aprel 2019-cu il tarixində “Odlar Yurdu” Universitetində şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə Nərimanov rayon turniri keçirilib.

Yarışın keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun xatirəsini yad etmək, məktəbliləri şahmat idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Turnirin açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev, “Odlar Yurdu” Universitetinin prorektorları Aqil Məmmədov və professor Novruz Zeynalov, “Ağ Top” Şahmat Klubunun direktoru Cavanşir Bağırov çıxış edərək qeyd etmişlər ki, hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir. Güclü Ordusu olan dövlət basılmazdır, yenilməzdir. Milli Ordumuzda xidmət etmək Vətənə ən şərəfli xidmətdir. Çünki bu ordu Azərbaycanımızın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur. Eyni zamanda natiqlər vurğuladılar ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. İdmançılarımız beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər.

Qeyd edək ki, Axundov Sənan Tahir oğlu Füzuli şəhərində anadan olmuşdur. 1996-ci ildə Bakı şəhəri 144 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin il Bakı Ali Hərbi Akademiyaya daxil olmuş və 2001-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Həmin ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində kəşfiyyatçı olaraq çalışmağa başlamışdır. Belə ki, məzun olduqdan sonra ilk təyinatını Ağstafa şəhərində yerləşən “N” saylı hərbi hissəsinə kəşfiyyatçı olaraq almış və burada 3 il çalışmışdır. Savad və geniş potensiala malik olduğuna görə Müdafiə Nazirliyində Baş Kəşfiyyat İdarəsində bölmə rəisi vəzifəsinə təyin edilmişdir. Baş Kəşfiyyat İdarəsində kapitan rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdir. 2008-ci ildə Almaniya Federativ Respublikasında Almaniya Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir. 2012-ci ildə, 2013-cü ildə, 2015-ci ildə Almaniya Silahlı Qüvvələrinini keçirtdiyi Kəşfiyyatçıların müxtəlif təlimlərində və görüşlərində iştirak etmiş, hər iki dövlətin bu sahədə əməkdaşlığına köməklik etmişdir.

Hərbi fəaliyyəti zamanı “Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə”, “Qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində, döyüş hazırlıqlarının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə” Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Hərbi xidməti zamanı 5 hərbi medalla təltif olunmuşdur-onlardan üçü “Qüsursuz hərbi xidmətə görə” medalıdır.

37 yaşlı, iki azyaşlı övlad atası, dövlətə və azərbaycançılığa sadiq, vətənini və Qarabağ torpaqlarını öz canı qədər sevən, tapşırılan işlərə öz ciddiliyi və məsuliyyəti ilə yanaşan, Müdafiə Nazirliyində böyük hörmətə malik olan polkovnik –leytenant Axundov Sənan 2016-cı ildə aprel hadisələri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək arzusu ilə könüllü olaraq Müdafiə Nazirliyinin rəhbərliyinə dəfələrlə raportla müraciət etmiş və cəbhədə yerləşən N saylı hərbi hissəsinə Kəşfiyyat İdarə Rəisi vəzifəsinə təyin olunaraq, peşəkar və ixtisaslı kadr kimi Vətəninə xidmət etmək üçün cəbhəyə yollanmışdır.

Aprelin 18-i Axundov Sənan Azərbaycan Respublikasının suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində Lələtəpə yüksəkliyində vəzifə səlayihətlərini yerinə yetirərkən, tabeliyində olan zabitin, polkovnik-leytenantın minaya düşməsinin şahidi olmuş və onu xilas edərkən şəhid olmuşdur. Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun 22 məktəb komandası tərkibində 66 nəfər məktəbli iştirak edib.

Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun 22 məktəb komandası tərkibində 66 nəfər məktəbli iştirak edib.

Yarışda I yeri Məktəb-Lisey Kompleksin komandası, II yeri “Ankara məktəbi” məktəb-liseyin komandası və III yeri isə 207 saylı tam orta məktəbin komandası qazanıb.

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Çindən Almaniyaya xəbərdarlıq
Çindən Almaniyaya xəbərdarlıq
10:20 16.04.2024
TƏBİB sürücülərə müraciət etdi: “Yol ver, həyat qurtar!” - VİDEO
10:14 16.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:05 16.04.2024
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
10:00 16.04.2024
Bu gündən “Karantin” başladı - FOTO
09:55 16.04.2024
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
09:54 16.04.2024
İran və Rusiya yeni saziş imzalayır
İran və Rusiya yeni saziş imzalayır
09:50 16.04.2024
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
21:15 15.04.2024
Hamısı