Boksçu Elnur Səmədov erməni rəqibini məğlub etdi - VİDEO | Eurasia Diary - ednews.net

20 May, Bazar ertəsi


Boksçu Elnur Səmədov erməni rəqibini məğlub etdi - VİDEO

İdman A- A A+

Azərbaycan əsilli rusiyalı boksçu Elnur Səmədov Moskvada WBA Continental titulu uğrunda döyüşdə erməni Ayk Şahnazaryanı məğlub edib.

Allboxing.ru saytının məlumatına görə, döyüş doqquz raunddan ibarət olub. 

Sonuncu raundda Şahnazaryan zədə üzündən döyüşü davam etdirə bilmədiyini bildirib. Hakimlərin qərarı ilə rəqibindən üstün olan E. Səmədov WBA Continental tituluna layiq görülüb.

WBA Continental titulu uğrunda yarış Rusiyada Floyd Meyveyzer Boks Akademiyasında keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...