“Seltik” Azərbaycan millisinin futbolçusunu almaq istəyir | Eurasia Diary - ednews.net

20 May, Bazar ertəsi


“Seltik” Azərbaycan millisinin futbolçusunu almaq istəyir

İdman A- A A+

“Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə karyerasını Şotlandiyada davam etdirə bilər.

“Daily Record” xəbər verir ki, 21 yaşlı müdafiəçini “Seltik” transfer etmək istəyir.

Bildirilir ki, yayda Dedrik Boyata “Herta”ya keçəcəyi, Filip Benkoviç isə “Lester”ə qayıdacağı üçün Şotlandiya təmsilçisi yeni müdafiəçi axtarışına çıxıb. Mustafazadənin klubun yay toplanışına dəvət ediləcəyi qeyd olunub.

Gənc futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, milli komandamızın üzvü bu mövsüm Azərbaycan Premyer Liqasında iyirmi oyuna çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...