"Bakı trası barədə əla xatirələrim var və qayıtmağıma şadam" - "Formula 2"nin qalibi | Eurasia Diary - ednews.net

19 İyul, Cümə


"Bakı trası barədə əla xatirələrim var və qayıtmağıma şadam" - "Formula 2"nin qalibi

İdman A- A A+

"Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm. Bakı trası barədə əla xatirələrim var və ora qayıtmağıma şadam".

Eurasia Diary-nin "Report"a istinadən məlumatına görə, bunu "Uilyams"ın pilotu Corc Rassell "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisi barədə danışarkən deyib. Britaniyalı sürücü ötən il Bakıda qalib olduğu "Formula 2" yarışını xatırladıb: "Azərbaycanda ötənilki həftəsonu mənim "Formula 2"də ən yaxşı çıxışımla əlamətdar olmuşdu. Biz hər iki yarışın qalibi olmalı idik. Şənbə yürüşündə liderlik edirdik. Amma son dövrələrdə xoşagəlməz insident baş verdi. Növbəti gün isə bunun əvəzini çıxdım və ikinci yürüşümdə 12-ci yerdə startımdan sonra qalib oldum".

Qeyd edək ki, Corc Rasell bu ildən "Formula 1"də çıxış edir. O, Avstraliya və Çin Qran-prilərində 16-cı, Bəhreyndə 15-ci yeri tutub. Hazırda 21 yaşlı idmançı 20 pilot arasında 19-cu pillədə qərarlaşıb. SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...