"Formula"dakı qəza "lyuk" seriyasından olan ilk qəza deyil - VİDEO | Eurasia Diary - ednews.net

20 May, Bazar ertəsi


"Formula"dakı qəza "lyuk" seriyasından olan ilk qəza deyil - VİDEO

Formula 1-də "lyuk"a görə baş vermiş qəzalar siyahısında Bakı ilk deyil

İdman A- A A+
26 aprel 2019-cu ildə Bakıda sessiyanın başlanmasından 13 dəqiqə sonra yoldakı kanaliziyasiya lyukunun qalxması nəticəsində Russell Williams-ın bolidi sıradan çıxdı. Bakıdakı Formula-1-də avtomobilin kanalizasiya örtüyünün üzərindən sürüşüb sıradan çıxdığı və evakuasiya edildiyi, həmçinin, evakuasiya maşınının kranının yerüsütü piyada keçidinə ilişdiyi hadisə - bu yarışların tarixində "lyuk" seriyasından olan ilk qəza deyil.

“Formula 1”də qəzaya düşən bolidi aparan evakuasiya maşını da qəza etdi - VİDEO

Monako Qran-Prisi, 2016-cı il

İngilis çempion Censon Batton üç il əvvəlki yarış çətin ki, unuda. Monako Qran-Prisində əsas yarışdan əvvəlki təsnifat praktikasında o, gümüşü “Mercedes”in arxasınca rahatlıqla hərəkət edirdi.

Qəflətən Battonun bolidi güclü zərbə aldı, ön antiqanad darmadağın oldu. Detallar hər tərəfə səpələndi.

Səbəb kanalizasiya lyuku idi. Niko Rosberq bir qədər əvvəl keçərək çuqun lyukun qalxmasına səbəb olmuşdu. Censon Battonun isə sadəcə, bəxti gətirdi. O, həlak ola bilərdi.

Monako Qran-Prisi, 2010-cu il

Braziliyalı pilot Rubens Barikkello da 2010-cu ildə eyni vəziyyətə düşmüşdü. O da Rosberq təki kanalizasiya lyukunun üstündən keçəndə lyük qəflətən qalxıb və bolidin arxa hissəsi ilə sol təkərə dəyib.

Niko Rosberq yarışa davam etmişdisə, Rubensin bolidi yana sapdı, sədlərə dəydi və bir neçə çevrildi.

Çin Qran-Prisi, 2005-ci il

2005-ci ildəki yarışda kanalizasiya lyuku Xuan-Pablo Montoyyanın bolidini sıradan çıxarmışdı. 20 kq ağırlığında lyük bolidin alt hissəsinin böyük qismini darmadağın etmişdi.

Təkərin şini deşilmiş, radiator və pontonlar xəsarət almışdılar.Buna rəğmən, kolumbiyalı pilot yarışa davam etdi. Fəqət, 8 dövrə sonra mühərrik sıradan çıxdı.

Şanxay Qran-Prisi, 2004-cü il

Çinin Şanxay şəhərində, Pudun səmtində turinq-klass tipli yarış idi. Belə tipli bolidlər “Formula-1″in açıq təkərli ən yaxşı bolildləriən çatmasalar da, çox böyük sürətlə hərəkət edirlər.

Yarış zamanı kanalizasiya lyuku Bernd Maylanderin bolidini az qala məhv edəcəkdi.

Məlum oldu ki, lyüklar qaynaq edilməyib.

Monreal Qran-Prisi, 1990-cı il

İsveçrənin “Bryuon” komandasının ispan pilotu Hesus Pareyya həmin gün Kanadanın Monreal şəhərində, Jil Vilnöv adına trasda yarışa çıxmışdı. “Porsche 962″nin sükanı arxasında olan pilot öndəki bolin yaratdığı”qraund-effekt” nəticəsində yerindən qaldırdığı kanalizasiya lyukunun “qurban”ı oldu.

Lyukun zərbəsi nəticəsində bolid zərbədən kənara atıldı, yanacaq bakı deşildi, yanğın başlandı. Tüstü bürümüş trasa çıxan marşallar yarışı dayandırdılar.

Malayziya Qran-Prisi, 2017-ci il

Fransız pilot Romen Qrojan “Sepanq” avtodromundakı ikinci praktikada drenaj sisteminin nasazlığı ilə üzləşdi.

Fin pilot Valtteri Bottasın “Mercedes”inin sürətinin havaya qaldırdığı kanalizasiya lyuku Qrojanını bolidinin arxa sağ təkərinə dəydi.

FİA insidenti kanalizizasiya lyüklarının qaynaq tikişlərinin köhnəlməsi ilə izah etdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...