Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib - FOTOLAR | Eurasia Diary - ednews.net

20 May, Bazar ertəsi


Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib - FOTOLAR

İdman A- A A+

Aprelin 28-də Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi veloyürüş təşkil edilib.

Bu barədə DTX-nin ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı şəhər trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, velosiped idmanı üzrə dəfələrlə respublika çempionu Vüqar Salahov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki velosiped idman klubunun üzvləri iştirak ediblər.

1

1

1

1

1

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...