Azərbaycan üzgüçüsü dünya seriyasında qızıl medal qazanıb | Eurasia Diary - ednews.net

20 May, Bazar ertəsi


Azərbaycan üzgüçüsü dünya seriyasında qızıl medal qazanıb

İdman A- A A+

Üzgüçülük üzrə Azərbaycanın Paralimpiya Milli Komandasının üzvü Roman Saleh Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən dünya seriyasında qızıl medal qazanıb.

Eurasia Diary xəbər verir ki, idmançımız 100 metr məsafəni 1.00.61 dəqiqə ərzində qət edərək bütün rəqiblərini geridə qoyub.

Beləliklə, Dünya Seriyasının fəxri kürsüsündə ən yüksək yeri tutub.

Beynəlxalq Paralimpiya Komitəsinin üzgüçülük üzrə Dünya Seriyası aprelin 29-a qədər davam edəcək. Yarışlarda ölkəmizi Könül Süleymanova, Raman Saleh, Vəli İsrafilov və Şamil Şahov təmsil edir. Bu yarış sentyabrda Londonda keçiriləcək dünya çempionatına minimal təsnifat xalı qazandırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...