Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi keçirilir.
Eurasia Diary-nin məlumatına görə, açılış mərasimi və pilotların paradından sonra Formula 1-in əsas yarışına start verilib.
Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışır:
1. Valtteri Bottas (“Mercedes”)
2. Lyuis Hemilton (“Mercedes”)
3. Sebastian Fettel (“Ferrari”)
4. Maks Ferstappen (“Red Bull Racing Honda”)
5. Serxio Peres ("Racing Point BWT Mercedes")
6. Daniil Kvyat ("Scuderia Toro Rosso Honda")
7. Lando Norris ("McLaren Renault")
8. Şarl Lekler (“Ferrari”)
9. Karlos Sayns ("McLaren Renault")
10. Daniel Rikkardo ("Renault")
11. Aleksander Albon ("Scuderia Toro Rosso Honda")
12. Kevin Maqnussen ("Haas Ferrari")
13. Lans Stroll ("Racing Point BWT Mercedes")
14. Romen Qrojan ("Haas Ferrari")
15. Niko Hulkenberq ("Renault")
16. Corc Rassel ("Williams Mercedes")
17. Antonio Covinatsi ("Alfa Romeo Racing Ferrari")
18. Kimi Raikkonen ("Alfa Romeo Racing Ferrari")
19. Robert Kubitsa ("Williams Mercedes")
20. Pyer Qasli (“Red Bull Racing Honda”)
*Antonio Covinatsi bolidində güc qurğuları elementlərini artıq işlətdiyinə görə cəzalandırılıb və yarışa 10 pillə geridən başlayıb.
**Robert Kubitsa, Pyer Qasli və Kimi Raikkonen pit-leyndən start götürüblər.
2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.
Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.