Azərbaycan əsilli atlet Ramil Quliyev Türkiyəyə növbəti zəfər qazandırıb.
Eurasia Diary xəbər verir ki, Quliyev Qətərdə təşkil edilən “Daimond League” turnirində 200 metr məsafədə 19,99 saniyəlik dərəcə ilə birinci olub.
Atlet bu nəticəylə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.