“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi | Eurasia Diary - ednews.net

19 İyul, Cümə


“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi

İdman A- A A+

Son olaraq Yunanıstanın “Olimpiakos” klubunda forma geyinən Yaya Ture karyerasını bitirib.

Eurasia Diary xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçinin meneceri Dmitri Selyuk məlumat yayıb. Rusiya mətbuatına açıqlama verən Selyuk, Turenin karyerasını bitirdiyini və növbəti mövsümdən köməkçi-məşqçi kimi fəaliyyət göstərəcəyini deyib.

Karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinən Turenin son iş yeri “Olimpiakos” olub. Yarımmüdafiəçi, 2018-ci ilin dekabrından klubsuz idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...