Velosiped idmanının fərdi və qrup ötüşməsi üzrə Bakı çempionatına yekun vurulub - FOTOLAR | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Velosiped idmanının fərdi və qrup ötüşməsi üzrə Bakı çempionatına yekun vurulub - FOTOLAR

İdman A- A A+

Velosiped idmanının fərdi və qrup ötüşməsi üzrə Bakı çempionatına yekun vurulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.

Eurasia Diary AZƏRTAC-a istinadla xəbər verir ki, fərdi ötüşmə yarışları Qala yolunda, qrup ötüşməsi isə Veloparkda baş tutub.

On beş yaşadək oğlan və qızlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri Hüseyn Nərimanov və Radha Şabanova həm 10 kilometr məsafəyə fərdi, həm də 6 kilometr məsafəyə qrup ötüşməsində bütün rəqiblərini qabaqlamaqla birinci yeri tutublar.

On yeddi yaşadək qızlar arasında 10 kilometr məsafəyə fərdi ötüşmədə 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Viktoriya Sidorenko, 16 kilometr məsafəyə qrup ötüşməsində isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Məleykə İsgəndərova qələbə qazanıb. Bu yaş kateqoriyasında çıxış edən oğlanlar arasında “Neftçi İdman Klubu” İctimai Birliyinin nümayəndəsi Nofəl Nuriyev 10 kilometr məsafəyə fərdi ötüşmə yarışında çempion olub. İyirmi dörd kilometr məsafəyə qrup ötüşməsinə gəlincə, bu növdə Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sıtov bütün rəqiblərini qabaqlayıb.

Gənc qızların 20 kilometr məsafəyə fərdi ötüşməsi Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Ayan Xankişiyevanın qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Elfanə Camalova isə 24 kilometr məsafəyə qrup ötüşməsində birinci yeri tutub.

Oğlanların gənclər və U-23 yaş kateqoriyasında isə 20 kilometr məsafəyə fərdi ötüşmə yarışı “Neftçi İdman Klubu” İctimai Birliyinin yetirməsi Mahmud Məmmədovun hamını qabaqlaması ilə yadda qalıb. Otuz iki kilometr məsafəyə qrup ötüşməsinə gəlincə, burada qələbəni 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Əmral Əbdüləzizli bayram edib.

Fərqlənən idmançılar diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...