Bakıdakı finalda qalib gələn komanda nə qədər qazanacaq? | Eurasia Diary - ednews.net

19 May,


Bakıdakı finalda qalib gələn komanda nə qədər qazanacaq?

İdman A- A A+

Bakıda keçiriləcək Avropa Liqası finalına qalibinə veriləcək mükafatlar məlumdur.  “Çelsi” – “Arsenal” cütündən hansı matçdan qalib ayrılsa, 15 kq ağırlığında olan kuboka sahibi çıxacaq.

Bu kubok qitədə çəkisinə görə ən ağırıdır. Həlledici görüşdən qalib ayrılacaq komanda üçün ümumilikdə 40 qızıl medal nəzərdə tutulub. 

Qalibin digər mükafatı isə növbəti mövsüm birbaşa Çempionlar Liqasının qrupunda iştirak etməsidir. 

Maddi olaraq da komandalar irəli düşəcəklər. Qalib komanda 8,5 milyon avronun sahibi olacaq. Finalçı olan digər klub isə 4,5 milyon avro qazanacaq. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...