Boksçular eyni anda nokaut oldu - VİDEO | Eurasia Diary - ednews.net

24 İyun, Bazar ertəsi


Boksçular eyni anda nokaut oldu - VİDEO

İdman A- A A+

Sosial şəbəkələrdə iki boksçunun rinqdə bir-birini nokdauna göndərməsini əks etdirən video yayılıb.

Videoçarx “House of Highlights”adlı “YouTube” kanalında dərc olunub.

Məlumata görə, iki amerikalı boksçu Cerhed Fenderson və İrosvani Düvergel arasında döyüş mayın 10-da Hollivudun hotellərindən birində keçirilib. Epizodların birində hər ikisi bir-birinə güclü yumruq zərbəsi vuraraq müvazinətlərini itirib və yerə yıxılıblar. Düvergel kanatların üzərinə aşıb və tezliklə ayağa qalxıb, Fenderson isə özünə gələnə qədər bir müddət yerdə qalıb.

Döyüş hakimlərin yekdil qərarına görə D.Fendersonun qələbəsi ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...