Kasilyas üçün pis xəbər - Bu dəfə XƏRÇƏNG | Eurasia Diary - ednews.net

18 Sentyabr, Çərşənbə


Kasilyas üçün pis xəbər - Bu dəfə XƏRÇƏNG

İdman A- A A+
Portuqaliyanın "Portu” klubunun futbolçusu İker Kasilyasın həyat yoldaşı Sara Karboneroda xərçəng xəstəliyi aşkarlanıb.
 
Bunu xanımın özü açıqlayıb.
 
O "instaqram” səhifəsindəki paylaşımında bildirib ki, bədxassəli şişin aradan qaldırılması ilə bağlı əməliyyat da keçirib: "Biz bir şokdan ayılmamış digəri ilə üzləşdik. Bir neçə gün əvvəlki müayinə zamanı həkimlər məndə bədxassəli şiş aşkarladılar. Artıq əməliyyat da olunmuşam. Hər şey yaxşı keçdi. Xoşbəxtlikdən xəstəlik tez aşkarlandı. Amma hələ bir neçə ay mübarizə aparmalıyam. Mən müvafiq müalicə keçəcəyəm. Təmkinliyəm və əminəm ki, hər şey yaxşı olacaq. Yol uzun olsa da, qarşıda xoşbəxt nəticə var. Ailəm və dostlarım məni dəstəkləyir”.
 
Qeyd edək ki, mayın 1-də keçirilən səhər məşqində İ.Kasilyas ürək tutması ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan 37 yaşlı qapıçı mövsümün sonunda karyerasını başa vuracaq. (ONA)

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...