Fiqudan Avroliqanın Bakıdakı final oyunu ilə bağlı çağırış - VİDEO | Eurasia Diary - ednews.net

25 Avqust,


Fiqudan Avroliqanın Bakıdakı final oyunu ilə bağlı çağırış - VİDEO

İdman A- A A+

UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar bir sıra tanınmış şəxslər, futbolçular bu böyük oyunu səbirsizliklə gözlədiklərini sosial şəbəkələr vasitəsilə bildirirlər.

Növbəti belə bir çağırışı tanınmış futbolçu, Portuqaliya millisinin və “Real Madrid” klubunun sabiq yarımmüdafiəçisi Luiş Fiqu verib.

Luiş Fiqu sosial şəbəkələr vasitəsilə futbolsevərlərə açıqlamasında deyib: “Əziz dostlar, beş gün sonra Bakıda möhtəşəm final oyunu olacaq. Mən orada olacağam. Bu şansı qaçırmayın”.

Tanınmış futbolçu 1991-2006-cı illərdə Portuqaliya millisinin heyətində keçirdiyi 127 oyunda 32 qol vurub. O, bir dəfə UEFA Çempionlar Liqasının (2002), iki dəfə isə UEFA Superkubokunun (1997, 2002) qalibi olub.

Xatırladaq ki, UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcəklər. Matç saat 23:00-da başlayacaq.

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...