“Arsenal” yayda Mxitaryanı satmağa hazırdır | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


“Arsenal” yayda Mxitaryanı satmağa hazırdır

İdman A- A A+

“Arsenal” yayda Henrix Mxitaryanı satmağa hazırdır.

Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, 2016-cı ildən İngiltərə Premyer liqasında çıxış edən oyunçunun öz potensialını tam aça bilmədiyi deyilir.

İngiltərə mətbuatının yazdığına görə, oyunçu klubdan getməyə qərar versə, klub onu satmağa hazırdır.

Həmçinin qeyd olunur ki, 30 yaşlı futbolçu əvvəllər Almaniyada göstərdiyi yüksək səviyyəni bir daha göstərə bilməyəcək.

Qeyd edək ki, H.Mxitaryan 2016-cı “Borussiya” klubundan “Mançester Yunayted”ə transfer olunmuşdu. 2018-ci ildən o, “Arsenal”da çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...