Azərbaycan cüdoçusu Çin Qran Prisinin qalibi olub - FOTOLAR | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Azərbaycan cüdoçusu Çin Qran Prisinin qalibi olub - FOTOLAR

İdman A- A A+

Azərbaycan cüdoçusu Hidayət Heydərov Çində keçirilən Qran Prinin qalibi olub.

Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 22 yaşlı idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, Yunanıstan, Rusiya, Kanada və İsveç təmsilçilərinin ardından həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Moldova əsilli cüdoçusu Viktor Skvortsovla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Heydərov Bakıda keçirilmiş Böyük Dəbilqədən iki həftə sonra daha bir nüfuzlu yarışın baş mükafatını qazanıb.

Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə 6 tatami ustası ilə təmsil olunur.
1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...