Hazırda Avropa Liqası finalı üçün Bakıda olan “Arsenal” feysbuk səhifəsində maraqlı yayım edib.
“Qafqazinfo” xəbər verir ki, London klubunun iki futbolçusu – Pyer-Emenike Abumeyanq və Aleks İvobi yarımfinalda “Valensiya”ya 4:2 hesabı ilə qalib gəldikləri oyunu şərh ediblər.
Onlar Bakıda oynayacaqları üçün sevinclərini dilə gətiriblər.
Qeyd edək ki, “Çelsi” – “Arsenal” matçı mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.