Azərbaycan Real Aykido Federasiyası və Ümumdünya Real Aykido Federasiyasının birgə əməkdaşlığı nəticəsində 25–26 may tarixlərində Bakıda Real Aykido özünümüdafiə sənəti üzrə 7-ci Beynəlxalq Seminar və kəmər kateqoriyalarına imtahan tədbiri keçirildi. Tədbirdə müxtəlif federasiya rəhbərləri, tanınmış dünyaşöhrətli idmançılar, generallar, eyni zamanda, 300-ə yaxın idmançı və digər federasiyalardan da idmançılar iştirak edirdi.
Tədbirin ən yaddaqalan mühüm hadisələrindən biri İqor Petroviçin 7-ci Dan qara kəmərə layiq görülməsi idi.
Qeyd edək ki, bu imtahanda 2 nəfər 1-ci Dan qara kəmər dərəcəsinə imtahan verirdi. Yekunda Azərbaycan Dünya Federasiyasının rəhbərliyi tərəfindən həm təşkilatçılıq, həm idmançıların yüksək səviyyədə hazırlığı baxımından növbəti – 4-cü dəfə dünyada birinciliyi əldə etmiş oldu.