Bu gün UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda “Çelsi” və “Arsenal” arasında baş tutacaq final matçı telekanallar vasitəsilə canlı yayımlanacaq.
Eurasia Diary xəbər verir ki, matç Azərbaycanda “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Tarixi qarşılaşmanı məşhur futbol jurnalistləri Gündüz Abbaszadə və Rüstəm Əfsərli şərh edəcək.
Türkiyədə isə qarşılaşmaya “BeIN Sports 1” vasitəsilə baxmaq mümkün olacaq.
Qeyd edək ki, AL-in final matçını dünya miqyasında 1 milyard azarkeş izləyəcək.
Məlumat üçün bildirək ki, Bakı Olimpiya Stadionunda görmə əngəlli azarkeşlərə ayrıca iki şərhçi - Yusif Qasımov və Elvin Rüstəmov canlı şərhləri ilə yardımçı olacaq.