Finalda iki qol vuran ulduz futbolçu - Bu vidadır | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Finalda iki qol vuran ulduz futbolçu - Bu vidadır

İdman A- A A+

İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar Avropa Liqasının Bakıda keçirilən final oyununun komandadakı son matçı olduğunu açıqlayıb.

ONA-nın məlumatına görə, belçikalı futbolçu “Arsenal” üzərində 4:1 hesablı qələbəyə qısa şərhində klubdan ayrılacağına eyham vurub.

Müqaviləsi 2020-ci ilin yayında başa çatacaq E.Azar dubl etdiyi görüşdən vidalaşmaq niyyətini gozlətməyib: “Düşünürəm ki, bu, vidadır. Amma sən heç vaxt dəqiq bilə bilməzsən”.

Qeyd edək ki, İspaniya “Real”ına keçidi gündəmdə olan E.Azar final oyununda iki qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...