"Çelsi" Bakı finalında "Arsenal"ı darmadağın edib - VİDEO | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


"Çelsi" Bakı finalında "Arsenal"ı darmadağın edib - VİDEO

İdman A- A A+

Bakı. Rauf Quliyev - Trend:

Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019 mövsümünün final qarşılaşması baş tutub.

Eurasia Diary-nin məlumatına görə, maraqlı qarşılaşmada iki ingilis komandası – “Çelsi” və “Arsenal” qarşılaşıb.

Oyun “Çelsi”nin böyük hesablı qələbəsi ilə yekunşalıb – 4:1. Hesabı matçın 49-cu dəqiqəsində Olivye Jiru açıb. Mauritsio Sarrinin komandasının ikinci qolunu 60-cı dəqiqədə Pedro vurub, cəmi 5 dəqiqə sonra Eden Azar “Arsenal”ın qapısına təyin olunmuş penaltinin reallaşdırıb və hesabda fərqi daha da artlrlb.

Qarşılaşmanın 69-cu dəqiqəsində İvobi “Arsenal”ın azarkeşlərini ümidləndirsədə, “Çelsi”nin belçikalı forvardı Azar 3 dəqiqə sonra özünün ikinci, komandasının isə dördüncü qolunu vuraraq bütün suallara cavab verib.

Beləliklə, “Çelsi” ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub. Turnirdə ilk qələbə sevincini komanda 2012-2013 mövsümündə Amsterdam finalında yaşayıb. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...