"Erməni mətbuatının yazdığı məni maraqlandırmır" - UEFA prezidenti | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


"Erməni mətbuatının yazdığı məni maraqlandırmır" - UEFA prezidenti

İdman A- A A+

"Bakı finala tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib".

Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin Bakıda təşkil edilən mətbuat konfransında deyib.

Sloveniyalı funksioner daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb...

- Mən yalnız konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.

- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir?

- Məsafə ilə götürsək, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır.

- Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycan üzərinə diplomatik hücum təşkil edə bildi və artıq estafeti erməni diplomatlara ötürüb. Siz bu barədə nə deyə bilərsiniz?

- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...