“Qarabağ” Bakıda “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasını qazanan “Çelsi”ni təbrik edib.
Eurasia Diary “Qafqazinfo”a istinadən xəbər verir ki, Ağdam klubu “zadəganları”ı təbrik etməklə yanaşı finaldan öncə ajiotaj yaradan “Arsenal”a da söz atıb:
“Bakıya gəl(məy)ən və kuboku qazanan bütün “Çelsi” futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir”.