“Liverpul” 6-cı dəfə Çempionlar Liqasının qalibi olub - VİDEO | Eurasia Diary - ednews.net

22 Sentyabr,


“Liverpul” 6-cı dəfə Çempionlar Liqasının qalibi olub - VİDEO

İdman A- A A+

Çempionlar Liqasında final oyunu keçirilib.

Avrokubokların 2018/19 mövsümünün son görüşünə İspaniyanın paytaxtı Madrid ev sahibliyi edib.

“Metropolitano” stadionunda İngiltərənin iki klubu - “Liverpul”la “Tottenhem” üz-üzə gəlib. Görüşün hər hissəsində bir qol vuran mersisaydlılar qarşılaşmadan qalib ayrılıblar.

Yurgen Kloppun yetirmələri erkən qolla hesabı açıblar. Bu, penalti sayəsində gerçəkləşib. Londonluların müdafiədə əllə oynaması 11 metrlik cərimə zərbəsi ilə nəticələnib. Məhəmməd Salahın zərbəsi dəqiq olub.

Görüşün sonlarında “Liverpul” fərqi iki topa çatdırıb. Divok Origi komandasının ikinci qolunu vurub. 2:0 hesablı qələbə ilə Mersisayd təmsilçisi tarixində 6-cl dəfə Çempionlar Liqasının qalibi adına yiyələnib. “Liverpul” 1976/77, 1977/78, 1980/81, 1983/84 və 2004/05 mövsümlərində də Avropanın ən yaxşısı olub.

Çempionlar Liqası


Final


1 iyun

23:00. “Tottenhem” (İngiltərə) - “Liverpul” (İngiltərə) – 0:2

Qollar: Məhəmməd Salah, 2 (pen.), Origi, 87

Baş hakim: Damir Skomina 

Baş hakimin köməkçiləri: Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya)

Dördüncü hakim: Antonio Mateu Lahoz (İspaniya)

VAR hakimi: Danni Makkeli

VAR hakim köməkçiləri: Pol van Boekel (hər ikisi Hollandiya), Feliks Zvayer 

Ofsayd VAR hakimi: Mark Borş (hər ikisi Almaniya)

Madrid (İspaniya). “Metropolitano” stadionu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...