Futbolçu Neymar zorlamada günahlandırılıb | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


Futbolçu Neymar zorlamada günahlandırılıb

İdman A- A A+

Braziliya milli komandasının və Fransanın Paris Saint-Germain klubunun Üzvü Neymar zorlamada günahlandırılır.

Eurasia Diary "Report"-a istinadən xəbər verir ki, bu barədə UOL məlumat yayıb. 

Portalın məlumatına görə, adını çəkilməsini istəməyən qadın Neymarın ona Parisdə təcavüz etdiyini söyləyib.

Qadının sözlərinə görə, hadisə mayın 15-də Fransa paytaxtında yerləşən otellərin birində baş verib. Eyni zamanda, qız Braziliyada da artıq ərizə vediyini və  başqa bir ölkədə polisə getməkdən qorxduğunu deyib. 

Qeyd edək ki, polis apellyasiya şikayətini təsdiqləyib, lakin bu məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...