Azərbaycan güləşçiləri Turan Bayramov və Abubakr Abakarov İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında I yerə layiq görülüblər. tutublar.
Eurasia Diary "Qafqazinfo"-a istinadən xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov finalda Rusiya idmançısı ilə qarşılaşıb. Hesab 1:1 olarkən sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.
79 kiloqram çəki dərəcəsində yarışan Abubakr Abakarov da finalda Rusiya güləşçisini üstələyərək Avropa çempionatının qalibi olub.