Türkiyə millisinin kapitanına hörmətsizlik edən islandiyalı üzr istədi - “Ən böyük Türkiyə” - VİDEO | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Türkiyə millisinin kapitanına hörmətsizlik edən islandiyalı üzr istədi - “Ən böyük Türkiyə” - VİDEO

İdman A- A A+

2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dördüncü oyununa çıxmaq üçün  İslandiyaya gedən Türkiyə yığmasının futbolçuları gözlənilməz hadisələrlə qarşılaşıb. Komanda altı saatdan çox təyyarə ilə uçduqdan sonra üç saat aeroportda gözlədilib. Bunun səbəbi komandaya açıqlanmayıb.

Üstəlik jurnalistlərə açıqlama verən Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğluna islandiyalı fanatlardan biri mikrofon əvəzinə tualet fırçası uzadıb. 

 

Bu gün Əmrə Belözoğluna tualet fırçası uzadan belçikalı Corentin Siamang Türkiyə milli komandasının paltarını geyib və “Ən böyük Türkiyə” deyə bağırıb. Bu görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...