“Minsk 2019”: Azərbaycan boksçusu ermənistanlı rəqibi üzərində inamlı qələbə qazanıb | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


“Minsk 2019”: Azərbaycan boksçusu ermənistanlı rəqibi üzərində inamlı qələbə qazanıb

İdman A- A A+

Belarusda keçirilən ikinci Avropa Oyunlarının boks yarışlarında rinqə çıxan təmsilçimiz Lorenzo Sotomayor ermənistanlı rəqibini böyük hesabla məğlubiyyətə uğradıb.

AZƏRTAC xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan L.Sotomayor onaltıdabir finalda Qurqen Madoyan ilə üz-üzə gəlib. Boksçumuz erməni rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıb – 5:0.

L.Sotomayor səkkizdəbir finalda Maqomed Şaçidov (Almaniya) – Adem Fetahoviç (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə görüşəcək.

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...