Azvision.az -a verilən məlumata görə, atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparıblar. Bu mötəbər yarışda ölkəmiz də təcrübəli idmançılarla təmsil olunub. Ölkəmizin yığma komandasının tərkibində DİN İdman Cəmiyyətinin yetirmələri də yeni yarış təcrübəsi əldə ediblər. Yetirmələrimizdən Mehman Xəlilov idmanın sambo növü üzrə yarışlarda inamlı mübarizə aparıb.
M.Xəlilov dörddə bir finalda belaruslu Vladislav Burdza uduzub. Lakin bu çəki dərəcəsində yeddi samboçunun mübarizə aparması idmançımıza təsəlliverici qarşılaşmaya qatılmadan üçüncü yer uğrunda görüşdə iştirakına imkanı yaradıb.
O, bu görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb, bürünc medala sahib olub. Samboçumuzu bu yarışa məşqçi Mais Məmmədov hazırlayıb.