"Hər ikimizə sarı vərəqə verməklə də kifayətlənmək olardı. Qırmızı vərəqə o halda verilə bilərdi ki, oyun gərgin keçsin. Həmçinin biz VAR-dan da istifadə edə bilərdik, amma heç ona da baxılmadı. Ola bilsin bütün bunlar, mənim Braziliya görüşündən sonra, hakimlər barədə söylədiyim sözlərə görə oldu".
Eurasia Diary xəbər verir ki, bu barədə Kopa Amerika turnirində üçüncülük uğrunda Çili üzərində 2:1 hesablı qələbə qazanan Argentina millisinin ulduz futbolçusu Lionel Messi oyundan sonra jurnalistlərlə söhbətində bildirib.
"Mən həmin o üçüncülük medalını götürmədim, çünki biz bu korrupsiyasının bir hissəsi ola bilmərik. Braziliya çempion olacaq. Buna heç şübhə etmirəm. Hakimlərin bütün turnirboyu etdikləri, hörmətsizlikdən başqa bir şey deyil. Biz buradan, daha çoxunu edə biləcək qabiliyyətində olurmuş kimi ayrılırıq. Biz Braziliya görüşündə yaxşı oyun sərgilədik. Lakin hakimlər bizim mərhələ adlamağımıza imkan vermədilər. Yenə təkrar edirəm: korrupsiya və hakimlər, bizi gözəl futboldan zövq almağımıza şərait yaratmır. Mən hər zaman dürüst olmuşam. Nəsə deyirəmsə, deməli nəsə var ki, deyirəm. Bu məni daha da sakit edir. Meydandan çıxarılmağıma rəğmən, mən buradan başıuca gedirəm. Əlindən gələn hər şeyi etmiş komandamızla isə fəxr edirəm", - deyə Messi bildirib.
Daha sonra Messi özünün feysbuk hesabında bunları yazıb: "Biz bu turniri qələbə ilə, amma hər şeydən əvvəl başıuca və futbolun bu dəfə bizə qarşı ədalətsiz olması hissi ilə tərk edirik. Necə oynadığımıza və Braziliyadan üstün olduğumuza görə biz sabahkı finalda olmağa layiq idik. İndi biz qələcəyə optimist baxmalıyıq, çünki bu millinin gələcəyi, böyük bazası var və siz onlara vaxt verməlisiniz".
Xatırladaq ki, oyunun 37-ci dəqiqəsində Lionel Messi ilə Qari Medel arasında gərginlik yaranıb. Bu zaman referi hər iki futbolçuya qırmızı vərəqə göstərərək, onları meydandan qovub. Lionel Messi hakimə etiraz əlaməti olaraq bürünc medalı almaqdan imtina edib.
Qeyd edək ki, məşhur furbol şərhçiləri belə Messiyə verilən qırmızı vərəqəni ədalətsiz hesab ediblər. "Bein Sports"un şərhçisi hakimin qərarını şərh edərkən "Bu, mənim həyatımda gördüyüm ən səhv qərar idi. Messi burada sadəcə Medeli qucaqlayır. Təmiz ədalətsizlik oldu" -deyib.
Tanınmış futbol hakimləri, dünya futbolunun ulduzları da sosial şəbəkə hesablarından və mediaya açıqlamalarından oyunun hakiminin Messiyə ədalətsiz olaraq qırmızı vərəqə verdiyini bildiriblər.