UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsində Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ” ilk oyununa çıxıb.
Eurasia Diary xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb. Tiranadakı “Selman Stermasi” stadionunda təşkil olunan qarşılaşmada hesab açılmayıb.
"Partizani" - "Qarabağ" 0-0
Komandalar arasındakı cavab oyunu iyulun 17-də Bakıda keçiriləcək.