"Qarabağ" Avropa nəhəngi ilə qarşılaşa bilər | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


"Qarabağ" Avropa nəhəngi ilə qarşılaşa bilər

İdman A- A A+
Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
 
Eurasia Diary xəbər verir ki, Azərbaycan çempionu II təsnifat mərhələsində İrlandiyanın "Dundalk” klubunu mübarizədən kənarlaşdıra bilsə, güclü rəqiblə qarşılaşa bilər.
 
Belə iyulun 22-də kiçiləcək püşkata zamanı "Qarabağ" - "Dundalk" cütlüyü "səpələnəməmişlər" səbətində yer alacaq və rəqib "səpələnmişlər" səbətindən seçiləcək. Bu da o deməkdi ki, "Qarabağ”a reytinqi güclü komandalardan biri düşə bilər. Bu siyahıda Çempionlar Liqasının son yarımfinalçısı "Ayaks" da var. (fanat.az)
 
Çempionlar Liqası
III təsnifat mərhələsi
 
Çempionlar Yolu
Səpələnmişlər: "Ayaks” (Hollandiya), "Seltik” (Şotlandiya) - "Nomme Kalyu” (Estoniya) cütünün qalibi, TNS (Uels) – "Kopenhagen” (Danimarka) cütünün qalibi, "Saburtalo” (Gürcüstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi, BATE (Belarus) – "Rusenborq” (Norveç) cütünün qalibi, "Sutyeska” (Monteneqro) – APOEL (Nikosiya, Kipr) cütünün qalibi
 
Səpələnməmişlər: PAOK (Yunanıstan), "Dandolk” (İrlandiya) – "Qarabağ” (Azərbaycan) cütünün qalibi, "Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi, "Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi, CFR (Rumıniya) – "Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi, Ferensvaroş (Macarıstan) – "Valetta” (Malta)
 
Liqa yolu
Səpələnmişlər: "Portu" (Portuqaliya), Dinamo (Kiyev, Ukrayna), "Viktoriya" (Çexiya) - "Bazel" (İsveçrə) cütünün qalibi, PSV (Hollandiya) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi
 
Səpələnməmişlər: "Brügge" (Belçika), "Krasnodar" (Rusiya), "Başakşəhər" (Türkiyə), LASK (Avstriya)
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...