Şəhriyar Məmmədyarov Qran-Prinin qalibi oldu | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Şəhriyar Məmmədyarov Qran-Prinin qalibi oldu

İdman A- A A+

FIDE-nin və “World Chess” şirkətinin Riqada birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsi başa çatıb.

Eurasia Diary xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov finalda Fransa təmsilçisi Maksim Vaşe-Laqravı məğlub edərək Qran-Prinin qalibi olub. Xatırladaq ki, təmsilçimiz səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.

Qeyd edək ki, “Grand Prix 2019”seriyasının seriyasının birinci mərhələsi bu ilin may ayında Moskva şəhərində keçirilib. Şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov birinci mərhələdə ilk raundda uduzduqları üçün turnirlə vidalaşmalı olublar.

Qran-Pri turnirinin növbəti mərhələləri Hamburq (4-18 noyabr) və Təl-Əvivdə (10-24 dekabr) keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...