İspaniya mətbuatının yaydığı məlumata görə, ilk görüş oktyabrın 27-də olacaq.
Bazar gününə təsadüf edəcək "Kamp Nou"dakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə 18:00-da səslənəcək. İkinci dövrənin oyunu gələn il martın 1-də (bazar günü) "Santyaqo Bernabeu"da keçiriləcək və 22:45-də başlayacaq.
Qeyd edək ki, İspaniya La Liqasında yeni mövsümə avqustun 18-də start veriləcək. İlk turda "Barselona" "Atletik"in, "Real" isə "Selta"nın qonağı olacaq.